"Barselona"nın futbolçusu Frenki de Yonq karyerasını Fransada davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "El Nacional" televiziyası məlumat yayıb.

PSJ niderlandlı futbolçunu transfer etmək istəyir. Liqa 1 nəhəngi 28 yaşlı oyunçu üçün 70 milyon avro ödəməyə hazırdırı.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Frenki de Yonq bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 33 oyunda 1 qol vurub, 8 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest