22 Aprel 2026, 12:12
FUTBOL
Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov istefaya göndərilib.
Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Federasiya baş məşqçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib.
Qeyd edək ki, Sergey Rebrov 2023-cü ilin yayında yığmanın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında Avro-2024-ə vəsiqə qazanmışdı.





_1776858447.jpg)






