Pep Qvardiola daha əvvəl bildirib ki, karyerasının müəyyən mərhələsində milli komandada çalışmaq istəyir.

Matc.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis İtaliya millisinin baş məşqçisi olmaq təklifinə açıqdır.

Hazırda Qvardiolanı "Mançester Siti" ilin yayına qədər olan müqavilə bağlayır. Lakin mətbuatda xəbərlər yayılır ki, Pep bu yay İngiltərə klubundabu ayrıla bilər.

İtaliya millisi hazırda çətin dövr yaşayır. Komanda dünya çempionatına vəsiqə qazana bilməyib. Bu uğursuzluqdan qısa müddət sonra Cennaro Qattuzo baş məşqçi postunu tərk edib. İtaliya Futbol Federasiyası "skuadra adzurra"nı yenidən dünya futbolunun elitasına qaytara biləcək tanınmış mütəxəssis axtarır və Qvardiolanın namizədliyi prioritet hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest