24 Aprel 2026, 18:26
FUTBOL
AFFA-nın təşkilatçılığı ilə Şəkidə keçirilən UEFA-nın C kateqoriyalı məşqçi kursunun I mərhələsi başa çatıb.
Matc.az xəbər verir ki, dörd gün çəkən məşğələlərə təlimatçı Dəyanət Əliyev rəhbərlik edib. Ona İdris Bədirov köməklik göstərib.
Kursun ikinci mərhələsi mayın 12-dən 15-dək, üçüncü mərhələsi iyunun 2-dən 5-dək, dördüncü mərhələsi isə iyunun 22-dən 27-dək olacaq.












