"Real"ın hücumçusu Kilian Mbappe sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə "kral klubu"nun rəsmi saytı məlumat yayıb.

Framsalı forvard La Liqanın XXXIII turunun "Betis"lə səfər matçında (1:1) ayaq əzələsindən zədə alıb. 27 yaşlı forvardın yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

Qeyd edək ki, Kilian Mbappe bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 41 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest