27 Aprel 2026, 13:29
ÇEMPİONLAR LİQASI
"Bavariya" UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin PSJ ilə oyunlarına ciddi itki ilə çıxacaq.
Matc.az xəbər verir ki, müdafiəçi Rafael Qerreyro hər iki görüşdə komandaya kömək edə bilməyəcək. Bu baarədə insayder Fabritsio Romano məlumat yayıb.
Portuqaliyalı sol cinah müdafiəçisi Bundesliqanın XXXI turunun "Maynts"la matçında (4:3) zədələnib.
"Bavariya" ilə PSJ arasındakı ilk oyun sabah keçiriləcək. Cavab matçı isə mayın 6-da Almaniyada baş tutacaq.
Qeyd edək ki, Rafael Qerreyro bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə keçirdiyi 27 oyunda 6 qol vurub, 3 qol ötürməsi edib.












