İngiltərə Kubokunun finalında "Mançester Siti" və "Çelsi" üz-üzə gələcəklər.

Matc.az xəbər verir ki, oyun mayın 16-da "Uembli" stadionunda keçiriləcək.

Mançester klubu finala gedən yolda "Ekseter Siti"ni (10:1), "Salford Siti"ni (2:0), "Nyukasl"ı (3:1), "Liverpul"u (4:0) və "Sauthempton"u (2:1) mübarizədən kənarlaşdırıb.

London klubu isə "Çarlton Atletik" (5:1), "Hull Siti" (4:0), "Reksem" (4:2), "Port Veyl" (7:0) və "Lids"dən (1:0) üstün olub.

Qeyd edək ki, İngilətərə Kuboku ən çox qazanan klub "Arsenal"dır. "Topçular" 14 dəfə kuboka sahib olublar. "Mançester Yunayted" 13, "Liverpul", "Tottenhem" və "Çelsi"nin isə 8 dəfə ölkə kubokunu qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest