26 Aprel 2026, 16:34
FUTBOL
"Arsenal" bu yay 27 yaşlı hücumçusu Viktor Gyökereş üçün istənilən transfer təklifinə açıq olacaq.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "indykaila News" paylaşıb.
London klubu isveçli hücumçunu 2025-ci ilin yayında "Sportinq"dən 70 milyon avroya alıb. Bu müddət ərzində Gyökereş bütün yarışlarda 48 oyunda meydana çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.
Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 65 milyon avrodur.












