"Real" "Komo"dan argentinalı hücumameylli yarımmüdafiəçi Niko Pası alıb ona əsas komandada şans vermək niyyətindədir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Nikolo Şira paylaşıb.

Bildirilir ki, Madrid klubu oyunçu üçün 10 milyon avro ödəyəcək.

İspaniya nəhənginin oyunçuya əsas komandada şans verməyi planlaşdırdığı bildirilir. "Komo" isə Pası daha bir mövsüm saxlamağa ümid edir.

Qeyd edəl ki, Niko Pas "Real"a 12 yaşında "Tenerife" akademiyasından qoşulub. "Komo" yarımmüdafiəçini 2024-cü ildə transfer etsə də, "Real" 10 milyon avroluq geri almaq hüququnu özündə saxlayıb. "Transfermarkt" oyunçunu 65 milyon avro dəyərində qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest