03 May 2026, 11:50
FUTBOL
"Liverpul" "Napoli"yə müdafiəçisi Sem Bukema ilə müqavilə imzalamaq üçün təklif göndərib.
Matc.az xəbər verir ki, bu barədə "AreaNapoli" məlumat yayıb.
Bildirilir ki, ingilis komandasının baş məşqçisi Arne Slot niderlandlı futbolçunun transferi üçün çalışır. "Liverpul" komandada əlavə rəqabət yaratmaq üçün yeni mərkəz müdafiəçisi axtarır.
İngiltərə nəhəngi Bukema üçün 28 milyon avro təklif edib.
Qeyd edək ki, bu mövsüm 27 yaşlı müdafiəçi bütün yarışlarda 31 oyunda meydana çıxıb və 2 qol vurub. "Transfermarkt" portalındakı futbolçunun dəyəri 25 milyon avrodur.
Bukema 2025-ci ilin iyul ayından "Napoli"dədir və müqaviləsi 30 iyun 2026-cı ilə qədər nəzərdə tutulub.












