04 May 2026, 19:12
FUTBOL
"İnter" "Mançester Siti"dən icarəyə götürdüyü Manuel Akancinin transfer hüquqlarına yiyələnəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Milan təmsilçisi isveçrəli mərkəz müdafiəçisi üçün 15 milyon avroluq satınalma bəndini işə salacaq. 30 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.
Qeyd edək ki, "İnter" Manuel Akancini mövsümün əvvəlində icarəyə götürüb. Təcrübəli müdafiəçi komandanın heyətində keçirdiyi 44 oyunda 2 qol vurub.








_1777916360.jpg)

_1777911081.jpg)
_1777910569.jpg)
