"Barselona"nın futbolçusu Runi Bardaqji karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Liverpul" danimarkalı vingeri transfer etmək istəyir. Mersisayd təmsilçisi Bardaqjini yada heyətinə qatmağa çalışacaq. İngiltərə klubu 20 yaşlı oyunçu üçün 45 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Runi Bardaqji bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə keçirdiyi 26 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest