"Mançester Siti" Fil Fodenin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Matc.az xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb.

Premyer Liqa nəhəngi artıq ingiltərəli futbolçu ilə danışıqlara başlayıb. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yaxın vaxtlarda uzunmüddətli sözləşmə imzalanacağı gözlənilir.

Qeyd edək ki, Fil Foden bu mövsüm "Mançester Siti"nin heyətində keçirdiyi 45 oyunda 10 qol vurub, 5 qol ötürməsi edib. İngiltərə millisinin üzvünün klubla mövcud müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest