14 May 2026, 13:34
MPL
“Sabah” müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.
“Sabah” müdafiəçi Timoteuş Puxaçın transferi ilə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqları uğurla yekunlaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.
Masazır təmsilçisi 27 yaşlı futbolçunun transfer hüquqlarına sahib çıxıb. Polşalı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Puxaç ötən ilin sentyabr ayından "Sabah"ın uğurları üçün çalışır. O, cari mövsümdə komandanın heyətində bütün turnirlərdə 33 oyunda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə edib.


_1778766155.jpg)





_1778759398.jpg)




