"Fiorentina" Paolo Vanolinin baş məşqçi vəzifəsinə geri qayıtdığını elan edib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 54 yaşlı mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmır. O, artıq komanda ilə ilk məşqinə də çıxıb. Vanoli ötən mövsüm də "Fiorentina"nı çalışdırıb. Noyabr ayında istefaya göndərilən Stefano Piolini əvəzləyən italiyalı məşqçi yayda klubdan ayrılmışdı.
O, bu postda "bənövşəyilər"in sükanı arxasında cəmi dörd rəsmi oyuna çıxan Fabio Qrossonu əvəzləyib. Qrossonun rəhbərliyi altında İtaliya təmsilçisi keçirdiyi dörd rəsmi matçın üçündə məğlubiyyətlə barışıb.
Həmin məğlubiyyətlərin hamısı A Seriyasında qeydə alınıb. Komanda müvafiq olaraq "Roma" (0:4), "Frozinone" (0:3) və "Torino"ya (1:2) uduzub. Hazırda "Fiorentina" İtaliya çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.













