“Qızıl top” mükafatının səsverməsində iştirak edən jurnalist Anton Meana “Bavariya”nın hücumçusu Harri Keynin ötən mövsüm Madrid “Real”ının forvardı Kilian Mbappedən daha yaxşı çıxış etdiyini bildirib.
Matc az xəbər verir ki, jurnalistin fikrincə, ingiltərəli hücumçu həm fərdi göstəricilərinə, həm də komanda səviyyəsində qazandığı uğurlara görə fransalı futbolçunu qabaqlayıb.
“Harri Keyn bütün göstəricilər üzrə Kilian Mbappedən üstün idi. O, daha çox qol vurdu, komandası Çempionlar Liqasında Mbappenin təmsil olunduğu rəqibi mübarizədən kənarlaşdırdı və Dünya Çempionatında da ona qalib gəldi.
Bundan əlavə, Keyn Almaniyada titullar qazandı. Mbappe isə açıqlamaları ilə əslində olduğundan daha uğurlu mövsüm keçirdiyi təəssüratını yaratdı” - deyə, Meana bildirib.
Qeyd edək ki, “Qızıl top” mükafatının təqdimetmə mərasiminin oktyabrın 26-da Londonda keçirilməsi planlaşdırılır.













