"Real"ın baş məşqçisi Joze Mourinyo hücumçu Vinisius Juniorun ən yaxşı formasına qayıtması məqsədilə xüsusi plan hazırlayır.
Matc.az xəbər verir ki, bu barədə "The Touchline" nəşri rəsmi "X" sosial şəbəkə səhifəsində məlumat yayıb.
Portuqaliyalı mütəxəssis braziliyalı futbolçunun zəif formasından, eləcə də komandadakı toksik davranışlarından getdikcə daha çox narahat olur. Mourinyo hər iki problemi həll etmək üçün Vinisiusun La Liqadakı 4 oyunluq cəzasından istifadə etməyi planlaşdırır.
"Kral klubu"nun baş məşqçisi vingerin həm oyununda, həm də davranışında aydın bir irəliləyiş görməyincə, onu hətta Çempionlar Liqası matçlarında belə meydana buraxmağı düşünmür.
Vinisius cari mövsümdə bütün turnirlərdə ümumilikdə 10 matçda iştirak edib. Braziliyalı futbolçu bu qarşılaşmalarda cəmi 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.









_1792084612.jpg)


