“Yuventus” zədələnən futbolçularının yaşıl meydanlara qayıdacağı vaxtı müəyyənləşdirməyə çalışır. Matc.az xəbər verir ki, Turin təmsilçisinin futbolçuları Nikolas Qonsales və Fransisko Konseysao zədələrini sağaltmaq üzrədirlər.

Məlumata görə, hər iki oyunçu noyabrın 22-də “Venesiya” ilə keçiriləcək qarşılaşmaya qədər hazır olmağa ümid edir.

Qeyd edək ki, Nikolas Qonsales sonuncu dəfə “Renn”lə, Fransisko Konseysao isə “Latsio” ilə görüşdən sonra zədə səbəbindən meydana çıxmayıb. “Yuventus” beynəlxalq fasilədən sonra heyətini gücləndirməyi hədəfləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest