“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone La Liqada qazanılan qələbələrin sayına görə tarixi rekorda imza atıb. Matc.az xəbər verir ki, bu nailiyyət İspaniya çempionatının 13-cü turunda “Xetafe” ilə qarşılaşmada qeydə alınıb.
Madrid təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edərək baş məşqçisinə tarixi uğur qazandırıb.
Klubun rəsmi saytının məlumatına görə, bu qələbə Simeonenin La Liqada 345-ci uğuru olub. Argentinalı mütəxəssis indiyədək çempionatda 345 qələbə, 123 heç-heçə və 99 məğlubiyyət əldə edib.
Beləliklə, Simeone La Liqada 756 matçda 344 qələbə qazanan əfsanəvi ispaniyalı məşqçi Luis Araqonesi geridə qoyub.
Qeyd edək ki, Dieqo Simeone 2011-ci ildən “Atletiko Madrid”ə rəhbərlik edir. Bu, onun İspaniyada çalışdırdığı yeganə klubdur.
2026/2027 mövsümündə 13 turdan sonra 31 xal toplayan “Atletiko Madrid” turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.













