Avropa Liqasının II təsnifat mərhələsində mübarizəyə qoşulacaq "Qəbələ"nin ilk oyununun vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klub feysbuk səhifəsi vasitəsilə məlumat yayıb.

"Qırmızı-qaralar" Gürcüstan təmsilçisi "Dinamo" ilə ilk görüşünü iyulun 25-də Qəbələdə keçirəcək. Oyun 19:00-da start götürəcək. Cavab matçı isə avqustun 1-də səfərdə baş tutacaq.

Qeyd edək ki, "Dinamo" I təsnifat mərhələsində "Enqordani"ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest