Kişi voleybolçulardan ibarət "Azərreyl" klubu baş məşqçisi ilə bağlı qərar verib. Matc.az xəbər verir ki, Boris Qrebennikovla əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun sayılıb.
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında mübarizəyə başlayıb.
Yığmamız Xorvatiyada meydan sahibləri ilə qarşılaşıb.
Görüşdə millimiz 3:0 (25:19, 25:19, 25:22) hesabı ilə xorvatlar üzərində inamlı qələbə qazanıb.
Qızıl Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan yığma komandasının heyəti açıqlanıb. Matc.az xəbər verir ki, 14 oyunçudan ibarət yekun heyətə 7 hücumçu, 3 blokçu, 2 toppaylayıcı və 2 liberonun adı daxil edib.
“Müdafiədə çox yaxşı oynadıq. Ancaq rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı. Qarşılıqlı həmlələrlə bütün hücumları ayrı-ayrı müdafiə sistemi ilə dayandırmağa çalışdıq”. Matc.az xəbər verir ki, bu sözləri “Xəzri”nin baş məşqçisi Murat Dikmen Azərbaycan Basketbol Liqasında pley-offun yarımfinalında “NTD -İndiqo”ya 63:61 hesabı ilə qalib gəldikləri ilk oyun haqda deyib.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.