Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb. 

Mat.az xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi 3-cü turun ilk oyununda komandamız Estoniya yığması ilə üz-üzə gəlib. 

Qarşılaşmaya daha üstün başlayan Faiq Qarayevin baş məşqçisi olduğu komanda təşəbbüsü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıblar.

Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 2-də saat 17:00-da keçirəcək. Rəqibimiz Avstriya yığması olacaq. Sabah isə Estoniya və Avstriya yığmaları qarşılaşacaqlar. Saat 18:00-da GİN-in Voleybol Mərkəzində olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest