"Bir neçə gün əvvəl Qızıl Avropa Liqasında mübarizəni dayandırdıq. Komanda olaraq daha çox oyunda qələbə qazanmağa çalışdıq, lakin olmadı. Buna görə bütün oyunçularımız çox təəssüflənir”. Matc.az xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Aynur İmanova deyib.

Azərbaycan yığması Qızıl Avropa Liqasında keçirdiyi 6 matçın 4-də məğlub olub, 2-də qələbə qazanıb, nəticədə 12 komanda arasında 8-ci olub.

Komandanın Qızıl Avropa Liqasında çıxışı barədə danışan voleybolçu yarışdakı uğursuzluğa görə təəssüfləndiklərini qeyd edib: “Federasiyanın prezidenti Şahin Bağırova, başda Faiq Qarayev olmaqla bütün məşqçilərə təşəkkür etmək istəyirəm. Xüsusilə bizə sona qədər dəstək verən azarkeşlərimizə təşəkkür edirəm. Yarışda çıxışımız istədiyimiz kimi alınmadı. Bundan sonra səhvlərimizi təkrarlamamağa çalışacağıq. İnanıram ki, növbəti oyunlarda daha uğurlu çıxış edəcəyik”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest