Mövsümlərarası fasilədə təlim-məşq toplanışını davam etdirən Avropa nəhəngləri Beynəlxalq çempionlar Kubokunda iştirak edirlər. Matc.az saytının məlumatına görə, "Yuventus"la "İnter" ikinci oyunlarını bir-birilərinə qarşı keçirib.

İlk qarşılaşmalarında məğlub olan A seriyası təmsilçiləri çində üz-üzə gəlib. "Qoca sinyora"nın yeni transferi Mattiys de Liqt 10-cu dəqiqədə avtoqol müəllifi olub. Fasilədən sonra Kriştianu Ronaldo bərabərlik qolunu vurub.

Görüş heç-heçə nəticələndiyindən, penaltilər seriyasına ehtiyac duyulub. Burda isə daha dəqiq oynayan Turin təmsilçisi qələbə qazanıb.

 

Beynəlxalq çempionlar Kuboku

24 iyul

"Yuventus" - "İnter" - 1:1

Ronaldo, 68 - de Liqt, 10 (avtoqol)

Penaltilər seriyası - 4:2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest