Avropa nəhəglərinin iştirakı ilə keçirilən Beynəlxalq çempionlar Kuboku davam edir. Matc.az saytının məlumatına görə, bu gün səhər saatlarında daha bir görüş baş tutub.

ABŞ-da keçirilən qarşılaşmada İspaniya klubları "Real"la "Atletiko" üz-üzə gəlib. Oyun kifayət qədər məhsuldar alınıb. Belə ki, 10 qol qeydə alınıb və hər komandadan bir oyunçu qırmızı vərəqə alıb.

 

Beynəlxalq çempionlar Kuboku

27 iyul

"Real" (İspaniya) - "Atletiko" (İspaniya) - 3:7

Naço, 59; Benzema, 85 (pen.); Xavyer Sançes, 89 - Dieqo Kosta, 1, 28, 45 (pen.), 51; Feliks, 8; Korrea, 19; Vitolo, 70

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest