Yeni mövsümə hazırlığını davam etdirən "Mançester Siti" yoxlama görüşündə qüvvəsini sınayıb. Matc.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Yaponiya klubu "Yokohama" ilə qarşılaşıb.

Görüşdə 4 qol qeydə alınıb ki, bunun 3-ü birinci hissəyə təsadüf edib. "Şəhərlilər"in 3 qoluna yaponlar 1 topla cavab veriblər və oyun "Mançester Siti"nin qələbəsi ilə yekunlaşıb.

 

Yoxlama görüşü

27 iyul

"Yokohama" (Yaponiya) - "Mançester Siti" (İngiltərə) - 1:3

Endo, 23 - De Bruyne, 18; Sterlinq, 40; Nmeça, 90+2

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest