Qarşılaşmanın 70-ci dəqiqəsindən etibarən polis işçiləri böyük qüvvə ilə "İmarət" fan-klubunun yer aldığı tribunaya qalxıb, bir neçə azarkeşi sakitləşdirməyə çalışıb. Bu isə digər fanatların narazılığına səbəb olub.

çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" – "Dandolk" oyununda qalmaqal baş verib. Matc.az saytının məlumatına görə, oyunun təhlükəsizliyindən cavabdeh olan polis işçiləri ilə azarkeşlər arasında dava düşüb.

Belə ki, qarşılaşmanın 70-ci dəqiqəsindən etibarən polis işçiləri böyük qüvvə ilə "İmarət" fan-klubunun yer aldığı tribunaya qalxıb, bir neçə azarkeşi sakitləşdirməyə çalışıb. Bu isə digər fanatların narazılığına səbəb olub. Nəticədə fan-klub üzvlərinin böyük hissəsini ordan uzaqlaşdırmağa müvəffəq olan polislər digərlərini isə "mühasirə"də saxlayıb.

Qeyd edək ki, son dəqiqələri gedən matçda "Qarabağ" 2:0 hesabı ilə öndədi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest