Avropa nəhəngləri yoldaşlıq görüşləri keçirməkdə davam edir. Matc.az saytının məlumatına görə, "Barselona" "Qamper Kuboku"nda "Arsenal"ı qəbul edib.

London təmsilçisi qarşılaşmada hesabı açsa da, sonda sevinən tərəf ispanlar olub.

"Tottenhem"lə "İnter" isə Beynəlxalq çempionlar Kuboku turniri çərçivəsində üz-üzə gəlib. Bərabərə bitən matçdan "İnter" penaltilər seriyasındakı dəqiqlik sayəsində qalib ayrılıb.

 

"Barselona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 2:1

Maytland-Nilz, 69 (avtoqol); Luis Suares, 90 - Obameyanq, 36

 

"Tottenhem" (İngiltərə) - "İnter" (İtaliya) - 1:1

Lukas, 3 - Sensi, 36

Penaltilərlə - 3:4

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest