İngiltərə Liqa Kubokunda I təsnifat mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi “Piterboro Yunayted” bu turnirdə ilk sınağına çıxıb.

Komanda səfərdə “Oksford Yunayted”lə qarşılaşıb. Minimal hesabla məğlub olan futbolçumuzun komandası mübarizəni startdaca dayandırmalı olub – 0:1.

Serhat da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest