PSJ-nin baş məşqçisi Luis Enrike komandada toxunulmaz futbolçu statusunu ləğv edərək daimi rotasiya sisteminə keçib.

Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Bildirilir ki, aparıcı futbolçular, o cümlədən Usman Dembele və Xviça Kvaratsxeliya zəif oyun nümayiş etdirəcəkləri təqdirdə artıq fasilədəcə əvəzlənə bilərlər. Hətta onların ehtiyatda qalması və ya məcburi istirahətə göndərilməsi də gözlənilir.

Komandada yalnız yarımmüdafiəçi Vitinyanın bu qaydadan kənarda qalacağı vurğulanır. Baş məşqçi portuqaliyalı futbolçunu öz oyun fəlsəfəsinin əsas fiquru hesab edir.

Təcrübəli mütəxəssisin bu addımı ulduz oyunçuları rahatlıq zonasından çıxarmaq və rəqiblər üçün gözlənilməzlik effektini qoruyub saxlamaq məqsədi daşıyır.

Klub rəhbərliyi belə sərt qərarların lider futbolçularda narazılıq və psixoloji gərginlik yarada biləcəyini anlasa da, komanda üzvlərinin ümumilikdə Enrikenin bu yeni yanaşması ilə razılaşdıqları bildirilir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest