Bu günün sonuna olan məlumata görə, Gəncə Şəhər Stadionunda baş tutacaq qarşılaşmaya artıq 7000 bilet satılıb.

"Kəpəz" və "Sumqayıt" komandaları arasında sabah Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək oyuna bilet satışı intensivləşib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu günün sonuna olan məlumata görə, Gəncə Şəhər Stadionunda baş tutacaq qarşılaşmaya artıq 7000 bilet satılıb. Hazırda bilet satışı onlayn şəkildə "iticket.az" saytı vasitəsilə həyata keçirilir. Sabah səhər saat 10:00-dan etibarən isə stadionun kassalarında satış davam etdiriləcək.

Futbol həvəskarlarının böyük marağı nəzərə alınaraq, oyun günü növbə yaranmaması üçün Gəncədə stadionun kassalarının sayı ikidən dördə çatdırılacaq.

Xatırladaq ki, "sarı-göylər" ilə "kimyaçılar" arasındakı matç saat 19:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest