"Kimyaçılar" son olaraq Təbrizin "Traktor" kollektivində çıxış etmiş qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə bağlayıblar.

"Sumqayıt" 2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirərək daha bir futbolçu keçidini reallaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "kimyaçılar" son olaraq Təbrizin "Traktor" kollektivində çıxış etmiş qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə bağlayıblar. 28 yaşlı isveçli qolkiper Sumqayıt təmsilçisində "16" nömrəli formada mübarizə aparacaq.

Qeyd edək ki, "Malmö" yetirməsi olan Marko Yohansson karyerası boyunca "Hamburq", "Bohum", "Ayntraxt" (Braunşveyq) kimi komandalarda çıxış edib. O, vətəni İsveçin U-15–U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest