"Qalatasaray"da Trabzondakı darmadağından (4:0) sonra böhran dərinləşməyə başlayıb. Mövsümün ən zəif oyununu nümayiş etdirən İstanbul təmsilçisində bütün oxlar baş məşqçi Okan Buruka yönəlib.
"Qalatasaray"da Trabzondakı darmadağından (4:0) sonra böhran dərinləşməyə başlayıb. Mövsümün ən zəif oyununu nümayiş etdirən İstanbul təmsilçisində bütün oxlar baş məşqçi Okan Buruka yönəlib.
Matc.az xəbər verir ki, rəhbərlikdə təmsil olunan bəzi şəxslər baş məşqçinin işindən ciddi narazıdırlar. Onlar komandanın bura qədər təsadüfi qələbələrlə gəldiyini və bu matçda real mənzərənin üzə çıxdığını iddia ediblər.
Rəhbərlik nümayəndələri Okan Burukun rəqibin aparıcı futbolçusu Məhəmməd Salahı düzgün analiz etmədiyini və azarkeşlərin belə bir ağır məğlubiyyətə layiq olmadığını vurğulayıblar.
Eyni zamanda, "sarı-qırmızılı" azarkeşlər də sosial şəbəkələrdə baş məşqçiyə qarşı qəzəb püskürüblər. Onlar komandanın heç vaxt bu qədər aciz duruma düşmədiyini qeyd edərək, məğlubiyyətin əsas günahkarı kimi "Trabzonspor"un oyun taktikasına hazırlaşmayan Okan Buruku göstəriblər.
Matç zamanı gərgin anlar yaşayan 52 yaşlı mütəxəssis komandası 0:3 hesabı ilə geridə olarkən emosiyalarına sahib ola bilməyib. Texniki zonanı tərk etdiyi üçün 70-ci dəqiqədə baş hakim Batuhan Kolak tərəfindən sarı vərəqə ilə cəzalandırılan çalışdırıcı, 2 dəqiqə sonra Leroy Saneyə qarşı edilən qayda pozuntusunya sərt etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Qalatasaray" Okan Burukun rəhbərliyi dövründə səfər oyunlarında ən pis göstəricisinə imza atıb. İstanbul klubu 2026-cı il ərzində Superliqada çıxdığı 12 səfər oyununda 7 qələbə qazansa da, 5 dəfə məğlubiyyətlə barışıb. Bununla da "sarı-qırmızılılar" təcrübəli mütəxəssislə bir təqvim ili ərzində səfərdə ən çox xal itirdiyi mövsümü yaşayır.
Yaşanan bu uğursuzluqlar fonunda İstanbul klubunda gözlənilməz gəlişmələr baş verməkdədir. Ötən gün "A Spor" telekanalında yayımlanan idman gündəmində əfsanəvi məşqçi Fatih Terimin adının yenidən "Qalatasaray"la hallanmağa başladığı bildirilib. Camiyədə formalaşan bu rəy və təcrübəli mütəxəssisin geri dönüşü ilə bağlı iddialar, rəhbərliyin hər an radikal qərarlar verə biləcəyinə və Okan Burukun "Cim-Bom"dakı gələcəyinin böyük sual altında olduğuna işarə edir.













