Bu, Rumıniyaya 4-cü yeri tutaraq 1/8 finala yüksəlmək imkanı verib. Onlar qrupda ilk üç yeri tutan Hollandiya, Azərbaycan və Xorvatiya ilə birlikdə mübarizəni davam etdirəcəklər. Macarıstan isə Estoniya kimi mübarizəni dayandırıb.
Qadın voleybolçular arasında Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, Azərbaycan millisinin mübarizə apardığı C qrupunun oyunları başa çatıb.
Macarıstanda keçirilən qrup matçlarına meydan sahiblərinin görüşü ilə yekun vurulub. Bütün qarşılaşmalarda quru hesablı qələbə qazanaraq qrup birinciliyini təmin edən Hollandiya ev sahiblərinə də rəhm etməyib. 1/8 finala vəsiqə üçün "narıncılar"ı məğlub etməli olan macarlar üç setdə uduzublar – 0:3 (17:25, 13:25, 15:25).
Bu, Rumıniyaya 4-cü yeri tutaraq 1/8 finala yüksəlmək imkanı verib. Onlar qrupda ilk üç yeri tutan Hollandiya, Azərbaycan və Xorvatiya ilə birlikdə mübarizəni davam etdirəcəklər. Macarıstan isə Estoniya kimi mübarizəni dayandırıb.
Qeyd edək ki, artıq 1/8 finaldakı rəqibləri dəqiqləşib. Hollandiya - Yunanıstan, Azərbaycan - Bolqarıstan cütləri Budapeştdə, Serbiya - Rumıniya, Türkiyə - Xorvatiya oyunları Ankarada, Polşa – İspaniya, Almaniya – Sloveniya matçları Lodzda, Rusiya – Belçika, İtaliya – Slovakiya qarşılaşmaları Bratislavada baş tutacaq. Bütün oyunlar sentyabrın 1-də keçiriləcək.
N |
ölkə |
O |
Q |
M |
S |
T |
X |
1 |
Hollandiya |
5 |
5 |
0 |
15-0 |
375-251 |
15 |
2 |
Azərbaycan |
5 |
4 |
1 |
12-7 |
426-388 |
10 |
2 |
Xorvatiya |
5 |
3 |
2 |
11-8 |
443-422 |
10 |
4 |
Rumıniya |
5 |
2 |
3 |
7-11 |
386-437 |
6 |
5 |
Macarıstan |
5 |
1 |
4 |
4-12 |
348-379 |
3 |
6 |
Estoniya |
5 |
0 |
5 |
4-15 |
360-461 |
1 |