İspaniya millisinin baş məşqçisi Luis de la Fuente 2026-cı ilin "Qızıl top" mükafatının bütün nominasiyalarında ispanların qalib gəlməsini istəyir.

Matc.az xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

"Mən kriteriyaların necə olduğunu bilmirəm, lakin hər zaman demişəm ki, həm oyunçular, həm də məşqçilər arasında ispanların qalib gəlməsini istəyirəm. Hesab edirəm ki, hamımız buna layiqik, sonrasını isə görəcəyik. Namizəd olmaq özü böyük bir şərəf və fəxr ediləsi məqamdır, mən xoşbəxtəm", - deyə Luis de la Fuente bildirib.

Qeyd edək ki, 2026-cı ilin "Qızıl top" mükafatlandırma mərasimi oktyabrın 26-da, bazar ertəsi günü keçiriləcək. Tədbir Londonda baş tutacaq. Bu mərasim tarixdə yubiley – 70-ci olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest