AVRO-2020-nin seçmə mərhələsində Litva ilə səfərdə qarşılaşan Portuqaliya 5:1 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, oyun qonaqların kapitanı Kriştianu Ronaldo üçün əlamətdar olub.

Belə ki, CR7 4 qolla pokerə imza atıb. 34 yaşlı forvard millidə qollarının sayını 93-ə çatdırıb. O, millidə ən çox qol vuran futbolçular arasında ikinci pillədə qərarlaşır. "Yuventus"un forvardı iranlı Əli Daeiyə (109 qol) çatmaq üçün daha 16 top vurmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest