"Mançester Yunayted" rəhbərliyi "Atletiko"ya məğlubiyyətdən sonra klub rəhbərliyini tənqid edən mərkəz müdafiəçisi Lisandro Martinesi cərimələməyi planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "The Athletic" idman nəşri məlumat yayıb.
Bundan əlavə, bu insident nəticəsində argentinalı müdafiəçinin İngiltərə Premyer Liqasının 7-ci turunda "Lids"ə qarşı keçiriləcək matçda (18 oktyabr) start heyətində meydana çıxma ehtimalı olduqca azdır. Klubun onun bu bəyanatlarından sonra müqaviləni uzatmaq istəməsi də inandırıcı görünmür.
Qeyd edək ki, Argentina millisinin üzvü 2022-ci ilin yayında "Ayaks"dan "Mançester Yunayted"ə keçib. O, klubun heyətində 117 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə yaddan qalıb, həmçinin komanda ilə İngiltərə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.













