17  yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Matc.az xəbər verir ki, Mehrac Baxşəliyev toplanışa qatılmayıb.

Buna səbəb "Qəbələ"nin oyunçusunun zədəli olmasıdı. Yığmamız Bakıda təlim-məşq toplanışına tam heyətlə başlamayıb. çünki İspaniyada "Fundacion Marcet" klubunda çıxış edən Eldar Tağızadə kollektivə sentyabrın 16-da qoşulacaq.

Qeyd edək ki, toplanış sentyabrın 22-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest