"Neftçi" azarkeşləri istefa şüarını artıq ənənə halına salıb. Matc.az saytının məlumatına görə, fanatlar Azərbaycan Premyer Liqasının VII turunda "Səbail"lə keçirilən oyunda da buna sadiq qalıblar.

Əvvəlki görüşlərdən fərqli, bu dəfə "Forza Neftçi" fan-klubunun üzvləri çoxluq təşkil edirlər. Həmçinin "Neftçimania"nın da kiçik qrupu tribunadakı yerini alıb. Hər iki fan-klub ilk dəqiqələrdən durmadan komandanın, rəhbərliyin əleyhinə şüarlar səsləndirir, prezident Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov və baş məşqçi Roberto Bordini istefaya səsləyirlər. Azarkeşlər hətta sevimli komandalarının qoluna da sevinmirlər.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən "Neftçi" - "Səbail" oyununda ev sahibləri 2:0 hesabı ilə öndədi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest