"Arsenal"ın yarımmüdafiəçisi Məsut özil karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Fənərbaxça" ulduz futbolçunun xidmətində maraqlıdı.

"Kanarya" artıq qış fasiləsində Almaniya millisinin sabiq üzvünün keçidini həll etmək istəyir. İstanbul nəhəngi 30 yaşlı orta sahə oyunçusunun icarəyə götürülməsi üçün "topçular"la danışığa başlayıb. Bu mövsüm Premyer Liqada cəmi 1 oyunda iştirak edən futbolçu özü də ayrılmaqda qərarlıdı.

Qeyd edək ki, Məsut özilin "Arsenal"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest