"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması öncəsi komandanın son durumu haqqında danışıb.

Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis komandanın son durumu haqqında danışaraq hazırlıq prosesinə toxunub.

Bildirilir ki, rəqibin oyununu təhlil etdiklərini söyləyən Qurbanov səfər yolunun çətinliyini və futbolçuların əhval-ruhiyyəsini bu sözlərlə ifadə edib:

"Komanda tam hazırdır. Rəqibin oyununu analiz etmişik. Uzun yol gəlmişik. Dünən bütün günü yolda olmuşuq. Buna baxmayaraq inanıram ki, sabah futbolçular oyuna tam hazır olacaqlar və özəlirini motivasiya edəcəklər. Hava şəraiti də demək olar ki, yaxşıdır. Əsl futbol havasıdır. Bəzi futbolçularda biraz dizbalans var, amma hər bir halda oyuna hazırıq. Motivasiya baxımından da tam hazır olacağıq oyuna".

Baş məşqçi növbəti matçda heyətdə edilə biləcək mümkün rotasiyalar və planlar barədə gələn suala isə belə cavab verib:

"Ola bilər hansısa bir dəyişikliklər olsun, amma hər bir halda sabaha kimi vaxtımız var. Çalışırıq sabah konkret meydana çıxacaq yekun heyəti formalaşdıraq".

Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda "Qarabağ" "Vestri"ni 3:0 hesabı ilə darmadağın edərək böyük üstünlük qazanıb. Komandalar arasındakı cavab qarşılaşması iyulun 16-da, Bakı vaxtı ilə saat 00:00-da İslandiyanın Reykyavik şəhərində yerləşən "Trottarvöllur" stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest