15 İyul 2026, 19:00
FUTBOL
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Harri Vinks "Kalyari"nin futbolçusu olub.
Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2 illik – 2028-ci ilin yayına qədər imzalanıb. Vinks "Kalyari"yə "Lester"dən keçib, transferin şərtləri isə açıqlanmır.
Bu, yarımmüdafiəçi üçün İtaliya futbolunda ilk təcrübə olmayacaq. O, 2022/23 mövsümündə "Tottenhem"dən icarə əsasında "Sampdoriya"da çıxış edib. Məhz "Sampdoriya"dakı mövsümdən sonra Vinks 3 il çıxış etdiyi "Lester"ə keçib.
Vinks 2017-2020-ci illərdə İngiltərə millisində 10 oyun keçirib və 1 qol vurub.
"Kalyari" ötən mövsümü A Seriyasının turnir cədvəlində 14-cü pillədə başa vurub.













