Futbol üzrə 2026-cı il dünya çempionatı bütün həyəcanı ilə davam edir.
Matc.az xəbər verir ki, turnirin yarımfinal mərhələsinin ikinci qarşılaşmasında İngiltərə və Argentina yığmaları üz-üzə gəlib.
Gərgin mübarizə şəraitində keçən görüşdə Argentina 2:1 hesabı ilə qələbə qazanaraq adını finala yazdırıb.
Mundialın həlledici görüşün Aregentina İspaniya millisi ilə üz-üzə gələcək.
Qeyd edək ki, futbol tarixində ilk dəfə olaraq üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilən dünya çempionatı 11 iyun – 19 iyul 2026-cı il tarixləri arasında təşkil olunur.
DÇ-2026
Yarımfinal
15 iyul
İngiltərə – Argentina - 1:2
Qollar: Entoni Qordon, 55 // Enso Fernandes, 85, Lautaro Martines, 90+2
Baş hakim: İsmayıl Elfət
Baş hakimin köməkçiləri: Kori Parker, Kayl Atkins
Dördüncü hakim: Mauritsio Mariani
VAR: Marko Di Bello
AVAR: Aleandro Di Paolo
Dəstək VAR hakimi: Tyaqo Martins
"Mersedes-Benz Arena" (Atlanta)
İngiltərə: 1. Cordan Pikford, 5. Con Stounz, 6. Mark Qehi, 24. Ris Ceyms, 25. Ced Spens, 4. Deklan Rays, 8. Elliot Anderson, 10. Cud Bellinqem, 17. Morqan Rocers, 9. Harri Keyn (k), 18. Entoni Qordon.
Ehtiyat oyunçular: 13. Din Henderson, 23. Ceyms Trafford, 2. Ezri Konsa, 3. Niko Orayli, 12. Trevo Çaloba, 15. Den Börn, 14. Cordan Henderson, 16. Kobbi Maynu, 21. Ebereçi Eze, 7. Bukayo Saka, 11. Markus Reşford, 19. Olli Uotkins, 20. Noni Madueke, 22. İvan Toni.
Baş məşqçi: Tomas Tuxel
Argentina: 23. Emiliano Martines, 3. Nikolas Talyafiko, 6. Lisandro Martines, 13. Kristian Romero, 26. Nahuel Molina, 5. Leandro Paredes, 20. Aleksis Mak Allister, 24. Enso Fernandes, 9. Xulian Alvares, 10. Lionel Messi (k), 17. Culyano Simeone.
Ehtiyat oyunçular: 1. Xuan Musso, 12. Xeronimo Rulli, 2. Markos Senesi, 4. Qonsalo Montiel, 19. Nikolas Otamendi, 25. Fakundo Medina, 7. Rodriqo De Paul, 8. Valentin Barco, 11. Covani Lo Çelso, 14. Exekiel Palasios, 15. Niko Qonsales, 16. Tiaqo Almada, 18. Niko Pas, 21. Xose Manuel Lopes, 22. Lautaro Martines.
Baş məşqçi: Lionel Skalon













