Sebastyan Minye Haiti millisinin baş məşqçisi postunu tərk edib.
Matc.az xəbər verir ki, bu barədə Haiti Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə vaxtından əvvəl xitam verilib.
Minye 2024-cü ildən Haiti millisinə rəhbərlik edirdi. O, komandanın sükanı arxasında 27 matç keçirib, bu oyunlarda 13 qələbə qazanıb, 9 məğlubiyyətlə üzləşib və 5 dəfə heç-heçə edib.
53 yaşlı fransalı mütəxəssis Haitini 1974-cü ildən bəri ilk dəfə dünya çempionatına çıxarıb və burada komanda qrup mərhələsindəki hər üç oyunda məğlub olub.
Minye karyerası ərzində daha əvvəl Konqo, Keniya və Ekvatorial Qvineya millilərində, həmçinin Cənubi Afrika Respublikasının "Marumo Qallants" klubunda çalışıb.













