Madrid "Real"ının sabiq baş məşqçisi Zinedin Zidan DÇ-2026-dan sonra Fransa millisinin yeni çalışdırıcısı olacaq.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

Bildirilir ki, Fransa yığması turnirdəki çıxışını dünya çempionatının başa çatmasından sonra postundan ayrılacağını daha əvvəl bəyan edən Didye Deşamın rəhbərliyi altında tamamlayacaq. DÇ-2026-nın yarımfinalında Fransa komandası İspaniyaya 0:2 hesabı ilə uduzub. Üçüncü yer uğrunda matçda "üçrənglilər" digər yarımfinalda qarşılaşacaq Argentina və İngiltərə cütünün məğlubu ilə üz-üzə gələcəklər.

Deşam 2012-ci ildən bəri milli komandaya rəhbərlik edirdi və komandanı 2018-ci ildə dünya çempionluğuna daşımışdı.

Zidan isə daha əvvəl klub futbolunda yüksək səviyyədə fəaliyyət göstərib. "Real"ın sükanı arxasında rəhbərlik etdiyi 2016-2018 və 2019-2021-ci illərdə o, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə İspaniya çempionatının qalibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest