Bu gün basketbol üzrə 27-ci Azərbaycan çempionatına start verilib. Matc.az xəbər verir ki, əvvəlcə saat 19:30-da “Sərhədçi” olimpiya idman mərkəzində yeni mövsümün təntənəli açılış mərasimi təşkil olunub.
 
Ardınca mövsümün ilk oyunu keçirilib. Mövsümün açılış görüşü “Gəncə” və “Zirvə Astara” arasında baş tutub. Əyalət təmsilçilərinin duelində cənublular 77:56 hesabıyla qalib gəliblər.
 
İlk turun qalan üç oyunu oktyabrın 12-də keçiriləcək. “Sərkərdə” “Atom”la, “Xırdalan” - “Atletik”lə, “Sıçrayış” “80-lər”lə üz-üzə gələcək. Bu oyunlar Dövlət Texniki Universitetinin idman zalında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest