Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov Portugaliyanın Funşal şəhərində təşkil olunan sprint üzrə Avropa kuboku yarışlarında qizil medal qazanıb. Matc.az xəbər verir ki, təmsilçimiz 58 idmançının mübarizə apardığı yarışı 52 dəqiqə nəticə ilə başa vurub. 
 
Pevtsov 750 metrlik su məsafəsini 8 dəqiqə 57 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 27 dəqiqə 09 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi - 5 kilometrlik qaçış zolağını Rostislav 14 dəqiqə 56 saniyə nəticə ilə tamamlayıb.
 
Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 02 dəqiqə 47 saniyəlik nəticə ilə 10-cu olub.
 
Qeyd edək ki, idmançılarımız “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq üçün təsnifat turnirlərində iştirak edirlər. Onlar Dünya və Avropa çempionatları, dünya və Avropa kuboku yarışları da daxil olmaqla çıxış etdikləri bütün turnirlərdə Olimpiadaya lisenziya xalları toplayırlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest