"France Football"un versiyasına görə dünyanın ən yaxşı futbolçusu dekabrın 2-də Parisdə elan ediləcək. Ötən il bu mükafata "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

Yüksək tirajlı "France Football" "Qızıl top"a namizədlərin adlarını dərc edib. Matc.az saytının məlumatına görə, siyahıda 30 futbolçu yer alıb.

Bunlar Serxio Aquero ("Mançester Siti", Argentina), Trent Aleksander-Arnold ("Liverpul", İngiltərə), Alison Beker ("Liverpul", Braziliya), Pyer-Emerik Obameyanq ("Arsenal", Qabon), Kerim Benzema ("Real", Fransa), Bernardo Silva ("Mançester Siti", Portuqaliya), Kriştianu Ronaldo ("Yuventus", Portuqaliya), Kevin De Bruyne ("Mançester Siti", Belçika), Frenki de Yonq ("Ayaks"/"Barselona", Hollandiya), Matteys de Liqt ("Ayaks"/"Yuventus", Hollandiya), Roberto Firmino ("Liverpul", Braziliya), Antuan Qrizmann ("Atletiko"/"Barselona", Fransa), Eden Azar ("Çelsi"/"Real", Belçika), Joao Feliks ("Benfika"/"Atletiko", Portuqaliya), Kalidu Kulibali ("Napoli", Seneqal), Robert Levandovski ("Bavariya", Polşa), Uqo Lyoris ("Tottenhem ", Fransa), Sadio Mane ("Liverpul", Seneqal), Riyad Marez ("Mançester Siti", Əlcəzair), Markinyoş (PSJ, Braziliya), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona", Argentina), Məhəmməd Salah ("Liverpul", Misir), Hun-Min Son ("Tottenhem", Cənubi Koreya), Rahim Sterlinq ("Mançester Siti", İngiltərə), Duşan Tadiç ("Ayaks", Serbiya), Mark-Andre ter Ştegen ("Barselona", Almaniya), Donni van de Bek ("Ayaks", Hollandiya), Vircil van Deyk ("Liverpul", Hollandiya) və Jorjino Veynaldumdu ("Liverpul", Hollandiya).

Qeyd edək ki, "France Football"un versiyasına görə dünyanın ən yaxşı futbolçusu dekabrın 2-də Parisdə elan ediləcək. Ötən il bu mükafata "Real"ın və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest