İşləri yolunda getməyən "Real"da baş məşqçi dəyişikliyi istisna edilmir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, klub prezidenti Florentino Peres hazırkı çalışdırıcı Zinəddin Zidanı qovaraq, bu posta Joze Mourinyonu təyin etmək fikrindədi.

Lakin bu mümkün dəyişiklik komandanın kapitanı Serxio Ramosun ürəyincə deyil. Zidanın qalmasının tərəfdarı olan mərkəz müdafiəçisi portuqaliyalı mütəxəssisin qayıtmasına qarşıdı.

Qeyd edək ki, İspaniya mətbuatının iddiasına görə, "Real" çempionlar Liqasının qrup mərhələsində bu gün "Qalatasaray"a məğlub olarsa, Zidan istefaya göndəriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest