28 İyun 2026, 19:14
FUTBOL
"Nyukasl Yunayted" rəhbərliyi yarımmüdafiəçisi Bruno Qimaraynş üçün yaxşılaşdırılmış şərtlərlə yeni müqavilə hazırlayır. Klub bu addımla braziliyalı futbolçunu komandada saxlamağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
"Sağsağanlar" London "Arsenal"ının maraq dairəsində olan kapitanı üçün həftəlik təxminən 200 min funt-sterlinq (232 min avro) maaşla 2030-cu ilə qədər nəzərdə tutulan yeni saziş təklif etməyə hazırdır. Müqavilə imzalanacağı təqdirdə, yarımmüdafiəçi klub tarixinin ən yüksək ödənişli oyunçusu olacaq.
Hazırda "Nyukasl" rəhbərliyi braziliyalı ulduzun satılmayacağını və "Arsenal"ın artan marağına baxmayaraq, onu hər vəchlə heyətdə saxlayacaqlarını bildirir.













